
Haqqımızda
Biz hər gün yüzlərlə insanın sağlam təbəssüm əldə etməsi üçün innovativ yollar təqdim edirik.
Şirkətimizin fəaliyyəti xalqımızın mənəvi dəyərləri üzərində qurulub. İnkişafımız boyu bu dəyərlərə bağlı qaldığımıza şahid ola bilərsiniz. Müştəri məmnuniyyətini təmin etmək üçün peşəkar heyətimiz mütəmadi olaraq fərdi və kollektiv inkişafla bağlı səylərini davam etdirir. Şirkət olaraq 2006-cı ildən fasiləsiz fəaliyyət göstəririk. Bir çox dünya brendlərinin ölkəmizdə eksklüziv təmsilçiliyini həyata keçiririk. Bu illər ərzində ölkəmizdə və ölkəmizdən kənarda stomatologiyanın inkişafı ilə bağlı bir çox tədbirlər, seminarlar, ixtisasartırma kursları təşkil etmişik.